Azərbaycan ərzaqlıq buğdanı niyə xaricdən alır?

11:05 - 21.09.2022


21 sentyabr, Fineko/abc.az.   Bildiyiniz kimi Dövlət Statistika Komitəsi hesabatında bu ilin yanvar-avqust aylarında Azərbaycandakı təsərrüfatlarda 1 736,1 min ton buğda istehsal olunduğunu açıqlayıb. 

Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,9% azdır.

Eyni zamanda buğda əkilən sahələrin ərazisi də ötən ilin eyni dövrünün göstəricisindən 5% azdır.

ABC.AZ xəbər verir ki, iqtisadçılar  ölkəmizdə 1 milyon hektar taxıl sahəsindən, 600 min hektarında buğda əkildiyini vurğulayır. “Buğda əkilən ərazilərdən yığılan məhsul həcm baxımından ölkənin tələbatına uyğundur. Lakin keyfiyyət baxımından aşağı səviyyədədir. Bu da ərzaqlıq buğdaya olan tələbatın idxal hesabına ödənməsi ilə nəticələnir. İdxalın böyük hissəsi isə Rusiyadan asılıdır. Bu ölkədə ixraca məhdudiyyətlər tətbiq olunduqdan sonra, Azərbaycan Qazaxıstana yönəldi. Lakin daha sonra Qazaxıstanda məhdudiyyətlər tətbiq etdi və növbəti ixracatçı kimi Hindistan seçildi" deyə iqtisadçılar bildirib.

Bütün xəbərlər