Azərbaycan Respublikasının Prezidenti Şəkidə avtomobil yolunun tikintisinə 4,8 mln. manat ayırıb

10:31 - 24.10.2017


Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Şəki-Kiş avtomobil yolunun tikintisi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, 17 min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Şəki-Kiş avtomobil yolunun tikintisinə, dövlət büdcəsindən “Azəravtoyol” ASC-nə 4,8 milyon  manat ayrılacaq.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə bu Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə isə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək həvalə olunub.

 

Bütün xəbərlər