Bu, generalın əmlakları müsadirə edildi - Rütbəsi əlindən alındı

11:31 - 21.09.2022


21 sentyabr, Fineko/abc.az. Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyinin Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şixəliyev və onun ailə üzvlərinin adına rəsmiləşdirilmiş əmlaklar müsadirə olunub.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bu barədə Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə bu gün keçirilən iclasda elan olunmuş hökmdə qeyd olunub.

Üzərinə həbs qoyulmuş əmlakların dövlət nəfinə müsadirə olunanağı bildirilib.

Məhkəmənin hökmü ilə Mövlam Şixəliyevin general-mayor rütbəsi də alınıb.

Bütün xəbərlər