Rusiyadan uçuşlar artıb - Bakıya biletlər 250 min rubl olub

15:53 - 21.09.2022


21 sentyabr, Fineko/abc.az. Rusiyada qismən səfərbərlik elan edildikdən sonra beynəlxalq aviabiletlərə tələbat durmadan artır.

ABC.AZ xəbər verir ki, bilet satışı ilə məşğul olan şirkətlərdən toplanan məlumata görə, Rusiyadan uçuşların davam etdiyi bir çox ölkələrə sentyabrın 21-nə olan biletlərin tükəndiyi görülüb.

Bu gündən etibarən İrəvan və İstanbula bütün biletlər artıq satılıb.

Ermənistan, Türkiyə və Özbəkistana bilet demək olar ki, yoxdur.

Gürcüstana ən qısa uçuş 120 min rubla, Azərbaycana isə 250 min rubla başa gəlir.

Bütün xəbərlər