Şuşadakı əmlakların qiymətləndirilməsinə 410 min manat ödəniləcək

21.09.2022,16:48


21 sentyabr, Fineko/abc.az. Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi balansına verilmiş əmlakların qiymətləndirilməsi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

ABC.AZ dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "Real Prays" MMC-dir. Qalib şirkətə 410 min manat ödəniləcək.