Britaniyanın yeni kralının sərvəti açıqlanıb

17:01 - 21.09.2022


21 sentyabr, Fineko/abc.az. Bir neçə gün əvvəl vəfat edən Britaniya kraliçası 2-ci Yelitzaveta özündən sonra xatirələr və ənənələrlə yanaşı, həm də varislərinə böyük sərvət saxlayıb. ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, indi həmin sərvət krallıq qaydalarına əsasən onun vərəsələrinə keçib. 

"The New York Times" qəzetinin hesablamasına görə, ümumiyyətlə krallığın 28 milyard dollar sərvəti var. 

The Crown Estate: 19 milyard dollar 

Krallığın sərvətinin əsas hissəsi – 19 milyard dollar bu yarım ənənə, yarım qanunla idarə olunan şirkətin əlindədir.  Bu şirkət monarxiyanın aktivlərinə - çoxlu daşınmaz əmlak və əkin sahələrinə nəzarət edir. Kral III Çarlzın sədrlik etdiyi direktorlar şurası tərəfindən idarə olunur.

Kornuol Hersoqluğu: 1,4 milyard dollar

1337-ci ildə ona nəzarət edən varis üçün gəlir əldə etmək üçün yaradılmışdır. Hazırda bu, Kral III Çarlzın böyük oğlu 

Şahzadə Uilyamdır.

Bütün xəbərlər