Qaziyə vəzifə verildi - İcra başçısı sərəncam imzaladı

17:27 - 21.09.2022


21 sentyabr, Fineko/abc.az. Cəlilabad rayonunun Günəşli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə kadr təyinatı olub.

ABC.AZ-ın məlumatına görə, Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısının müvafiq sərəncamı ilə Aslanov İsmayıl Yusif oğlu Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının Günəşli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin baş məsləhətçisi-baş mühasibi vəzifəsinə təyin edilib.

Qeyd edək ki, İsmayıl Aslanov Vətən müharibəsi qazisi, 3-cü qrup əlildir.

Bütün xəbərlər