Azərsu rəhbərliyi Masallı şəhərində vətəndaşları qəbul edəcək

11:10 - 22.09.2022


22 sentyabr, Fineko/abc.az. “Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənov 28 sentyabr 2022-ci il tarixində Masallı  şəhərində Masallı və Yardımlı rayonlarından olan vətəndaşları qəbul edəcək.

ABC.AZ quruma istinadən xəbər verir ki, qəbul saat 10:00-dan başlayaraq Masallı şəhəri Heydər Əliyev Mərkəzində keçiriləcək. Qəbulda sakinlərin aidiyyəti üzrə müraciətləri dinləniləcək.

Vətəndaşlar qəbul üçün Masallı və Yardımlı Sukanal Sahələrinə, həmçinin 431-47-67 (daxili: 22-92, 22-93) nömrəsi və [email protected] elektron poçtu vasitəsilə ilə “Azərsu” ASC-yə müraciət edə bilərlər.

Bütün xəbərlər