Banklar valyuta hərracına tələb 42% artırıblar

22.09.2022,12:29


22 sentyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatında deyilir ki, sentyabrın 22-nə valyuta hərracında $45,7 mln satılıb ki, bu da ötən hərracda olduğundan $13,4 mln (41,49%) çoxdur.

"Banklar tərəfindən valyuta hərracında tələb $45,7 mln. təşkil edib və tam təmin edilib", - AMB-nin məlumatında deyilir.

Hərracın nəticələrinə görə manatın orta çəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.