Pandemiya bitir - Nazirdən açıqlama

12:31 - 22.09.2022


22 sentyabr, Fineko/abc.az. Pandemiyanın sonuna doğru getdiyimizi bəyan edə bilərəm.

ABC.AZ xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib.

"Ümumdünya Səhiyyə Təşkilatının rəhbərliyi artıq pandemiyanın sonunun yaxınlaşması ilə bağlı ümid olduğunu bildirib. Azərbaycanda koronavirusdan ölüm halları minimal səviyyədədir. Yoluxanlar hələ də var. Buna görə pandemiyanın sonuna doğru getdiyimizi bəyan edə bilərəm",- deyə T.Musayev əlavə edib.

Nazir eyni zamanda qeyd edib ki, Azərbaycanda kifayət qədər vaksin ehtiyatı var: "Bu günə qədər peyvənd olmayan şəxsləri vaksinasiyadan keçməyə çağırıram".

 

Bütün xəbərlər