İşsizlər bundan sonra pulu belə qazana biləcək - Detallar

12:35 - 22.09.2022


22 sentyabr, Fineko/abc.az. Turizm potensialı yüksək olan ərazilərdə otel və qonaq evlərinin sayı kifayət qədər deyil. Bu çatışmazlığı aradan qaldırmaq məqsədilə bir neçə qurum layihə həyata keçirir.

ABC.AZ xəbər verir ki, qonaq evləri layihəsinin işə salınması vətəndaşların işsiz probleminin həll edilməsinə böyük töhfə verəcək.

Layihə çərçivəsində Quba, Qusar, Xaçmaz, Şəki, Zaqatala, Qax, Lənkəran, Astara, Lerik rayonlarında 50 qonaq evi yaradılacaq.

Turizm sahəsində çalışmaq istəyən işsiz və işaxtaran şəxslər bu layihədən faydalana bilərlər.

Layihənin dayanıqlı və davamlı olması üçün nəzarət mexanizmləri formalaşdırılıb.

Bu istiqamətdə Dövlət Turizm Agentliyi ilə əməkdaşlığa başlanılıb.

Bütün xəbərlər