Bölgələrdə elit toxum satışı başlayır

14:29 - 22.09.2022


22 sentyabr, Fineko/abc.az. Payız əkini mövsümü ilə əlaqədar olaraq  bölgələrdə səyyar xidmətin təşkili nəzərdə tutulub.

ABC.AZ xəbər verir ki, bu gündən etibarən Dövlət Toxum Fondu tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kənd və qəsəblərdə səyyar satış xidməti başlayır.

Bir çox regionlarını əhatə edəcək səyyar satış zamanı fermerlərimiz keyfiyyətli, elit toxumlar əldə edə biləcəklər. əyyar satışın həyata keçirilməsində əsas məqsəd, keyfiyyətli toxumun alışı zamanı vətəndaşların sərf etdikləri zaman, məsafə itkisinin və əlavə məsrəflərin qarşısının alınması, həmçinin vətəndaşlara Fondun əlçatanlığını, yaxınlığını təmin edərək vətəndaş məmnuniyyətinə nail olmaqdır.

Səyyar satış vasitəsilə vətəndaşlara həmçinin maarifləndirici məlumatların paylanılması, payız əkini öncəsi aqronom məsləhətlərinin verilməsi nəzərdə tutulub.

Bütün xəbərlər