MTK binalardakı internet xidmətinin təşkili ilə bağlı haqsız rəqabət formalaşdırıblar - Ekspert

14:41 - 22.09.2022


22 sentyabr, Fineko/abc.az. “Əksər MTK (Mənzil Təsərrüfat Kooperativi) binalardakı internet xidmətinin təşkili ilə bağlı açıq-aşkar haqsız rəqabət mühiti formalaşdırıblar. “Bir bina bir provayderindir” prinsipi ilə işləyirlər”.

ABC.AZ xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz sosial şəbəkə hesabında yazıb.

O qeyd edib ki, provayderlər heç nədən çəkinmirlər: “Nə qədər inanılmaz olsa da, reallıq odur ki, adi bir MTK rəhbəri o nəhənglikdə Antiinhisar Dövlət Xidmətindən çəkinmir. MTK-lar yeni yaşayış binasını təhvil verməzdən öncə yalnız bir provayderi dəvət edərək separat sövdələşmə edirlər. Bu sövdələşmə ilə adətən hər bir müştəriyə görə MTK sahibi provayderdən 2 manat alır. Vəssalam. Bununla da MTK sahibi provayder və ya kabel operatoru qarşısında öhdəlik götürür ki, həmin binaya yer-göy dağılsa da başqa provayderi buraxmayacaq”.

Bütün xəbərlər