Azərbaycanda bu ticarətin inkişaf etdirilməsi təklif edilir

22.09.2022,14:53


22 sentyabr, Fineko/abc.az. Azərbaycanda Pərakəndə Geyim İdxalçıları Assosiasiyası (AFRA) ölkəmizdə “outlet” ticarətinin inkişaf etdirilməsini təklif edir.

ABC.AZ xəbər verir ki, Assosiasiyadan “outlet”, çoxunun düşündüyü kimi, brendlər tərəfindən satılmayan və köhnə fəsil (sezon) malları olmadığı bildirilib.

“Outlet” – geyim istehsalı və satışı sahəsində artıq bir sənaye istiqamətidir. Bu geyimlər adətən baza materiallardan tikilən istehsal xətti olur və bu məhsulların qiyməti əsas istehsal xəttinə müəyyən olunan qiymətlərdən aşağı olur. Qiymətlərin aşağı olması isə bir tərəfdən idxalçıların dövriyyəsini və gəlirlərini artırmağa, digər tərəfdən isə, istehlakçılara brend geyim mallarını daha səmərəli şərtlərlə əldə etməyə imkan yaradır”, - deyə Assosiasiyadan qeyd edilib.