“Marine Inn Hotel” azərbaycanlı olduğu üçün onu otelə buraxmadı - Şikayət

15:38 - 22.09.2022


22 sentyabr, Fineko/abc.az. Çex Respublikasında yaşayan Azərbaycan vətəndaşı Bakıdakı hoteldə ona qarşı ayrı-seçkilik olduğunu deyir. 

ABC.AZ xəbər verir ki, bu barədə müraciət edən şikayətçi N.Əliyev mediaya açıqlamasında bildirib.

O qeyd edib ki, bir neçə gün öncə onlayn şəkildə “Marine Inn Hotel”də otaq rezerv edib, lakin azərbaycanlı olduğu üçün onu hotelə buraxmayıblar: “Mən Azərbaycan vətəndaşı olsam da, xaricdə yaşayıram. Sentyabrın 18-də “Booking.com” beynəlxalq hotel rezervasiya sistemi vasitəsilə sabahkı gün üçün otaq bron elədim. Səhəri gün hotelə gələndə resepşndakı əməkdaş dedi ki, Azərbaycan vətəndaşlarının hoteldə qalmasına icazə verilmir. Daha sonra mən hotel rəhbərliyi ilə əlaqə saxlanılmasını istədim. Bildirdim ki, belə bir qadağa varsa, bunu mənə əvvəlcədən bildirməli idiz və ya rezervasiyamı ləğv etməli idiz. Cavab olaraq bildirildi ki, “kimə istəyirsən get şikayət et, azərbaycanlıları hotelə almırıq. Bu açıq-aşkar diskriminasiyadır. Sırf millətinə görə kiməsə xidmət göstərməmək qanunaziddir”.

Bütün xəbərlər