“Azərpambıq Aqrar Sənaye Kompleksi” tender keçirir

16:03 - 22.09.2022


22 sentyabr, Fineko/abc.az. “Azərpambıq Aqrar Sənaye Kompleksi”  MMC son 36 aylıq müddət üzrə ilkin uçot sənədləri əsasında vergi bəyannamələrinin yenidən işlənilməsi, dəqiqləşmiş bəyannamələrin vergi orqanlarına təqdim edilməsi və şəxsi hesab vərəqəsindəki uyğunsuzluqların aradan qaldırılması və digər müvafiq xidmətlər üçün tender keçirir.

Tenderdə iştirak haqqı 250 manatdır.

ABC.AZ etender.gov.az veb saytına istinadən xəbər verir ki, iddiaçılar tələb olunan sənədləri 13.10.2022 17:00 tarixinə qədər təqdim edə bilərlər.

Əlaqələndirici şəxs: Sona Əliyeva, [email protected]

Bütün xəbərlər