Tinkoff Azərbaycana məhdudiyyət tətbiq edir

10:17 - 23.09.2022


23 sentyabr, Fineko/abc.az. Oktyabrın 12-dən “Tinkoff” MDB-nin üç ölkəsindən (Azərbaycan, Özbəkistan və Ermənistan) dollar və avro ilə daxil olan SWIFT köçürmələrini məhdudlaşdıracaq.

ABC.AZ xəbər verir ki, bu barədə “Tinkoff”dan bildirilib.

Məlumata əsasən, qeyd olunan tarixdən SWIFT köçürməsini həyata keçirərkən “Tinkoff” hesabının rekvizitləri ilə yanaşı, göndərənə müxbir bankın rekvizitləri də lazım olacaq.

Bankın müştəriləri Azərbaycanın bütün maliyyə təşkilatlarından SWIFT köçürmələrini ala biləcəklər. Digər ölkələrdən köçürmələr hesaba alınmayacaq.

Bütün xəbərlər