Dünyanın aparıcı maliyyə mərkəzləri - Siyahı

10:44 - 23.09.2022


23 sentyabr, Fineko/abc.az. Dünyanın aparıcı maliyyə mərkəzləri reytinqində Sinqapur Honq-Konqu ilk üçlükdən kənarlaşdırıb.

ABC.AZ xəbər verir ki, bu barədə "South China Morning Post" məlumat yayıb. Məlumata görə, Honq Konq pandemiya dövründə davam edən karantin məhdudiyyətləri səbəbindən üçüncü yerdən dördüncü sıraya geriləyib. Sinqapur isə əksinə, üç pillə irəliləyib.

Reytinqin liderləri Nyu York və Londondur. İlk onluğa San-Fransisko, Şanxay, Los-Anceles, Pekin və Şençjen də daxil olub.

Müəllif: Elmir Murad

Bütün xəbərlər