Özbəksitan Bankları da "Mir" kartlarına xidmət göstərməyi dayandırdı

11:09 - 23.09.2022


23 sentyabr, Fineko/abc.az. Bildiyiniz kimi bəzi ölkə Bankları Rusiyanın "Mir" kartlarına xidmət göstərməyi dayandırıb.

ABC.AZ-ın məlumatına görə, bu sıraya Özbəkistan Bankları da daxil olub.

Belə ki, sentyabrın 23-dən Özbəkistan bankları texniki səbəblərə görə Rusiyanın "Mir" kartlarına xidmət göstərməyi dayandırıblar.

Bu barədə "Uzcard" prosessinq mərkəzindən bildirilib.

Müəllif: Elmir Murad

Bütün xəbərlər