Sosial təminat xərcləri 4 milyard 411 milyon manatadək artırılır - Deputat

11:34 - 23.09.2022


23 sentyabr, Fineko/abc.az. Millət vəkili Vüqar Bayramov 2023-cü ildə əmək haqqı və pensiyaların nə qədər artırılacağı ilə bağlı suallara aydınlıq gətirib.

ABC.AZ xəbər verir verir ki, deputat sentyabrın 22-də Nazirlər Kabinetində 2023-cü ilin dövlət büdcəsi layihəsinin müzakirəsinə həsr olunan iclasdan danışıb.

Onun sözlərinə görə, iclasda qeyd olunan məsələlərdən biri də dövlət başçısının tapşırığına uyğun olaraq əhalinin, şəhid ailələrinin, qazilərin sosial müdafiəsi və sosial təminatının gücləndirilməsinin, aztəminatlı əhalinin sosial rifahının yaxşılaşdırılması ilə bağlı tədbirlərin genişləndirilməsi olub:

"İnflyasiya təzyiqi nəzərə alınmaqla həssas əhali qruplarına sosial dəstək tədbirlərinin həyata keçirilməsi üçün 2023-cü il üzrə dövlət büdcəsinin sosialyönlü xərcləri bu ilkindən 9,2% çox nəzərdə tutulub. Konkret rəqəmlərə gəldikdə isə, 2023-cü ilin dövlət büdcəsində birbaşa sosial müdafiə və sosial təminat xərcləri 3 milyard 728 milyon manatdan 4 milyard 411 milyon manatadək artırılır”.

 

Bütün xəbərlər