Gələn il büdcəsinin 23.7 faizi əməyin ödənilməsinə yönəldiləcək - Vüqar Bayramov

23.09.2022,11:40


23 sentyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Millət vəkili Vüqar Bayramov sentyabrın 22-də Nazirlər Kabinetində 2023-cü ilin dövlət büdcəsi layihəsinin müzakirəsinə həsr olunan iclasdan danışıb.

ABC.AZ-ın məlumatına görə, deputat bildirib ki, gələn il büdcəsinin 23.7 faizi əməyin ödənilməsinə yönəldiləcək:

"Bu həmin istiqamətə 6 milyard 495 milyon manat vəsaitin ayrılacağı deməkdir. Bu, 2022-ci ilin dövlət büdcəsində həmin istiqamət üzrə xərclə müqayisədə 5.2, ötən ilki faktiki göstəriciyə nəzərən isə 30.6 % faiz artım deməkdir. 2023-cü il üzrə dövlət büdcəsinin xərclərinin iqtisadi təsnifatında sosial ödənişlərə isə 4 milyard 61 milyon manat nəzərdə tutulub ki, bu da 2022-ci ilin proqnozundan 5.9 faiz, 2021-ci ilin icrası ilə müqayisədə 25.3 faiz çoxdur”.