Əflatun Amaşova yeni vəzifə verildi

14:29 - 23.09.2022


23 sentyabr, Fineko/abc.az. Mətbuat Şurası İdarə Heyətinin sədri Əflatun Amaşov “Xalq qəzeti”nin baş redaktoru təyin edilib.

ABC.AZ xəbər verir ki, bu barədə onun özü məlumat verib.

Qeyd edək ki, "Xalq qəzeti"nin təsisçisi Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi və qəzetin redaksiya heyətidir. “Xalq qəzeti”ndən bildirilib ki, o, kollektivə təqdim olunub.

Qeyd edək ki, “Xalq qəzeti”nin əvvəlki baş redaktoru Həsən Həsənov olub.

Bütün xəbərlər