5023 müraciət üzrə 69,4 milyon manat faiz subsidiyası veriləcək - Nazir

14:43 - 23.09.2022


23 sentyabr, Fineko/abc.az. Sentyabrın 1-nə mövcud kreditlər üzrə faizlərin subsidiyalaşdırılması mexanizmi üzrə kredit qalığı 850,3 milyon manat olan 5023 müraciət üzrə 69,4 milyon manat faiz subsidiyasının verilməsi barədə qərarlar qəbul edilib.

ABC.AZ xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov özünün tviter səhifəsində paylaşım edib.

Nazir qeyd edib ki, 5005 kredit üzrə sahibkarlara 65,9 milyon manat faiz subsidiyası ödənişi həyata keçirilib.

 

Bütün xəbərlər