Azərbaycandan Aİ üzv ölkələrə ixrac olunan məhsulun dəyəri açıqlanıb

26.09.2022,10:05


26 sentyabr, Fineko/abc.az. Cari ilin avqust ayında Azərbaycandan Avropa İttifaqına (Aİ) üzv ölkələrə 2 milyard 525,5 milyon ABŞ dolları dəyərində məhsul ixrac olunub. 

Bu  barədə ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir. 

Bildirilib ki, qeyd edilən dövrdə Aİ ölkələrindən Azərbaycana idxal edilən məhsulun dəyəri isə 248,6 milyon dollar təşkil edib.