“Amrahbank”-ın Yasamaldakı əmlakı hərraca çıxarılır

26.09.2022,12:02


26 sentyabr, Fineko/abc.az. Oktyabrın 12-si saat 11:00-da “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan “Amrahbank” ASC-nin balansındakı daşınmaz əmlak açıq hərraca çıxarılacaq.

ABC.AZ Fonda istinadla xəbər verir ki, daşınmaz əmlak Bakı şəhəri, Yasamal rayonu, Süleyman Tağızadə küçəsi 80/12 ünvanında yerləşən (ü/s 31 kvadratmetr) qeyri-yaşayış sahəsidir.

Daşınmaz əmlakın ilkin satış qiyməti 245 min manatdır. Satış qiymətinin 5 faizi həcmində beh hərrac təşkilatına ödənilməlidir. Alış qiyməti 7 təqvim günü ərzində sifarişçinin hesabına köçürülməlidir. Açıq hərracda iştirak etmək üçün lazımi sənədlər: F/Ş şəxsiyyət vəsiqəsi, H/Ş təsis sənədləri.

Ünvan: Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şosesi 27 Tel: 055-206-66-67