Səkkiz ayda dəmir yolu ilə 4,2 mln ton yük daşınıb

12:33 - 26.09.2022


26 sentyabr, Fineko/abc.az. Cari ilin səkkiz ayında dəmir yolu nəqliyyatı ilə 4 milyon 226,3 min ton yük daşınıb ki, bu yüklərin dəyəri 2 milyard 333,2 milyon ABŞ dolları olub.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, dəmir yolu nəqliyyatı ilə ixrac olunan 1 milyon 687,3 min ton yükün dəyəri 677,1 milyon dollar təşkil edib.

Səkkiz ayda bu nəqliyyat növü ilə idxal edilən yüklərin həcmi 2 milyon 538,9 min ton, dəyəri isə 1 milyard 656,1 milyon dollar olub.

Bütün xəbərlər