Daşıyıcı şirkətlər gediş haqqının artırılmasını istəyir

14:07 - 26.09.2022


26 sentyabr, Fineko/abc.az. Son günlərdə ictimai nəqliyyatda vəziyyətin çətinləşməsi, dünyada və ölkədə davam edən bahalaşma dalğasının özəl daşıyıcı şirkətləri çətin durumda salması barədə məlumatlar yayılır.

ABC.AZ xəbər verir ki, artıq yerli mətbuatda da bu mövzuda yazıların dərci artıb. Mətbuatda yayılan məlumata görə, artıq Bakı şəhərində və ətraf qəsəbələrdə sərnişindaşımanın böyük hissəsini həyata keçirən özəl daşıyıcı şirkətlər dövlət rəhbərliyinə yenidən kollektiv müraciət ünvanlayıblar.

Şirkətlər İqtisadiyyat Nazirliyindən mövcud tariflərə baxılması, dövlətin ictimai nəqliyyata dəstək verməsi yollarının nəzərdən keçirilməsini və birgə görüşün keçirilərək yaranmış vəziyyətin müzakirə edilməsini xahiş ediblər.

Kollektiv müraciətdə qeyd edilib ki, cari ilin yanvar və aprel aylarında da Bakı şəhərində sərnişindaşıma xidməti göstərən şirkətlər Azərbaycan Respublikası Tarif (qiymət) Şurasına müraciət edib. Lakin həmin müraciətlər cavabsız qalıb: “İctimai nəqliyyatda mövcud olan vahid tariflə ölkədəki və dünyadakı bazar reallıqları arasında kəskin fərqlər yaranıb. Bu müraciətlə bağlı şirkətlərdən 2022-ci ilin proqnoz göstəriciləri tələb olunub və tələb icra edilib. Lakin müraciət bu günədək nəticəsiz qalıb.

 

Bütün xəbərlər