Azərbaycanda daşımalarda ən böyük pay bu nəqliyyatla həyata keçirilib

14:51 - 26.09.2022


26 sentyabr, Fineko/abc.az. Yanvar-avqust aylarında nəqliyyat sektorunda daşımalarda xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 892,2 milyon sərnişin daşınıb.

ABC.AZ xəbər verir ki, bu barədə məlumatı Dövlət Statistika Komitəsi yayıb. Məlumatda qeyd olunub ki, bu il 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 25 faiz artım qeydə alınıb.

Belə ki, sərnişinlərin 94,1 faizi avtobus, 5,9 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Sərnişin dövriyyəsi 24,3 faiz artıb.

Müəllif: Elmir Murad

Bütün xəbərlər