Azərbaycanın qastroturizm imkanları Avropa ölkəsində təbliğ edilir - Foto

26.09.2022,15:18


26 sentyabr, Fineko/abc.az. Azərbaycanın qastroturizm imkanları İtaliyanın Turin şəhərində keçirilən “Terra Madre Salone del Gusto” qida festivalında tanıdılıb.

Dövlət Turizm Agentliyindən ABC.AZ-a bildirilib ki, milli stenddə Böyük Qafqaz Dağları üzrə “Slou Fud” səyahət turizm marşrutu, qastronomik turizmdə “Slou Fud” turizm modelinin tətbiqi, yerli biomüxtəlifliyin qorunması üçün atılan addımlar haqqında məlumat verilib.

Həmçinin festivalda Ata-baba fındığı, Qafqaz camışı, Qafqaz dağ balı, Mədrəsə üzümü, Yabanı Qafqaz itburnusu, həmçinin Azərbaycandan yox olmaq təhlükəsilə üzləşən 30-dan çox məhsulun salındığı “Dad Gəmisi” kataloqu  əsasında hazırlanan menyu təqdim edilib.