TuranBankdan əla Fürsət!

11:32 - 4.06.2018


TuranBank öz əmanət məhsullarının çeşidini genişləndirərək müştərilərə yeni Fürsət əmanəti məhsulunu təklif etməyə başlayıb. Fürsət əmanətinin digər əmanət məhsullarından əsas fərqi Banka yatırılmış əmanət məbləğinə hesablanan faiz gəlirini qabaqcadan, elə əmanət yatırılan gün almaq imkanıdır. Əmanəti Manat, ABŞ dolları və Avroda yatırmaq mümkündür.

Fürsət əmanəti haqqında ətraflı məlumatı Bankın rəsmi saytından (https://turanbank.az/ferdi-bankchiliq/man-tl-r/furset/) və ya 935 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.

Məlumat üçün bildirək ki, Fürsət əmanəti sahibləri TuranBankın 25 iyun tarixinədək davam edəcək möhtəşəm “Hədiyyə Mövsümü!” adlı əmanət kampaniyasının iştirakçısı ola biləcəklər. Belə ki, kampaniya müddəti ərzində Bankda ən azı bir il müddətinə minimum 1000 manat və ya ABŞ dolları məbləğində əmanət yatıran müştərilər Hyundai Grandeur avtomobili ilə yanaşı, Türkiyə və ölkəmizin səfalı guşələrinə 2 nəfərlik səyahət paketi, qızıl külçə, televizor, noutbuk, planşet, mobil telefon, hədiyyə kartları və sair çox sayda uduşlara sahib olmaq imkanı qazanacaqlar. Qeyd edək ki, kampaniya müddəti ərzində Bankda yatırılan əmanətlərin hər 1000 manat və ya ABŞ dolları məbləği müqabilində əmanət sahibinə 1 (bir) lotereya bileti verilir.

“Hədiyyə Mövsümü!” kampaniyası  haqqında ətraflı məlumatı Bankın rəsmi saytından (https://turanbank.az/ferdi-bankchiliq/plastik-kartlar/cashback/), facebook (www.facebook.com/turanbankasc), instagram (https://www.instagram.com/turanbank/) səhifələrindən və ya 935 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar. 

Bankın geniş çeşidli əmanət növlərinin cəmləndiyi “Sirlər Xəzinəsi” kampaniyası çərçivəsində 3 aydan 3 il müddətinədək açılan əmanətləri manat, ABŞ dolları və avroda yerləşdirmək mümkündür.

Bank hazırda müştərilərə manat və ABŞ dollarında sərfəli şərtlərlə seçilən, müxtəlif məqsədlər üçün istehlak, biznes, mikro, lombard, peşə və ipoteka kreditlərini təklif edir.

Qeyd etmək lazımdır ki, Bankın beynəlxalq statuslu MasterCard plastik kartları da öz rəqabət qabiliyyətliliyi ilə seçilərək müştərilərə təklif edilir. Bankın MasterCard məhsul çeşidləri vasitəsilə SMS məlumatlandırma, Card to Card, Mobil Bankçılıq, Cash by Code, CashBack və s. xidmətlərdən istifadə etmək mümkündür.

Bankın 16 xidmət nöqtəsi (onlardan 9-u regionlarda: Gəncə, Sumqayıt, Ağstafa, Tovuz, Zaqatala, Xaçmaz, Cəlilabad, Ağcabədi və Qazaxda olmaqla) fəaliyyət göstərir. 

Bütün xəbərlər