Bankların balans kapitalı 2.5% artıb - Hesabat

26.09.2022,15:57


26 sentyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Mərkəzi Bank yanvar-avqust ayları üzrə maliyyə göstəriciləri barədə hesabat yayıb.

ABC.AZ-ın məlumatına görə, sözügedən dövrdə fəaliyyətdə olan bankların cəmi aktivləri 42,404.4 mln. manat, cəmi öhdəlikləri 37,137.9 mln. manat, balans kapitalı 5,266.5 mln. manat olub.

2022-ci ilin avqust ayında bankların cəmi aktivləri 2%, cəmi öhdəlikləri 1.9% və balans kapitalı müvafiq olaraq 2.5% artıb.

Müəllif: Elmir Murad