Əhali dollarla əmanət qoymağı azaldıb

26.09.2022,16:34


26 sentyabr, Fineko/abc.az. Fiziki şəxslərin əmanətlərinin dollarlaşması avqust ayında əvvəlki aya nəzərən 0.2 faiz bəndi, ötən ilin müvafiq dövrünə nəzərən isə 5 faiz bəndi azalaraq 39.7% təşkil edib.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, 2022-ci ilin 8 ayında banklar 589.4 mln. manat xalis mənfəət, 849.9 mln. manat məbləğində əməliyyat mənfəəti əldə ediblər.

İlin əvvəlindən banklar tərəfindən ümumilikdə 135.8 mln. manat məbləğində mənfəət vergisi ödənilib (ötən ilin müvafiq dövri ilə müqayisədə 65.8% və ya 53.9 mln. manat daha çox).