Bank sektorunun xarici öhdəlikləri bu qədər artıb - Hesabat

26.09.2022,16:54


26 sentyabr, Fineko/abc.az. Cari ilin avqust ayında manatla geniş mənada pul kütləsi (M2) ilin əvvəlinə nəzərən 13% təşkil edib.

ABC.AZ Mərkəzi Bankın son 8 ayın hesabatına istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrünə nəzərən isə pul kütləsi 22.9% artaraq 26,973.8 mln. manat təşkil edib.

Bank sektorunun xarici öhdəlikləri ilin əvvəlinə nəzərən 623.2 mln. manat artaraq 1,686.5 mln. manat təşkil edib.

Xarici öhdəliklərdəki qeyd olunan dəyişiklik əsasən qeyri-rezident fiziki şəxslərin cari hesablarının həcmindəki artım ilə əlaqədardır.