Bu, Bank qida böhranını azaltmaq üçün böyük məbləğ xərcləyəcək

11:32 - 27.09.2022


27 sentyabr, Fineko/abc.az. Asiya İnkişaf Bankı (AİB) Asiya və Sakit Okean hövzəsində kəskinləşən ərzaq böhranını yumşaltmaq və qida sistemlərini iqlim dəyişikliyinin və biomüxtəlifliyin itirilməsinin təsirlərinə qarşı gücləndirməklə uzunmüddətli ərzaq təhlükəsizliyini yaxşılaşdırmaq məqsədilə hərtərəfli dəstək proqramı həyata keçirtməyi planlaşdırır.

ABC.AZ-ın məlumatına görə, sözügedən proqram çərçivəsində Bank 2022-2025-ci illər ərzində ən azı 14 milyard dollar ayırmağı nəzərdə tutub.

Sözügedən yardım paketi AİB-in bu il rekord səviyyəyə çatan yoxsulluq və ərzaq qiymətlərinin bahalaşması səbəbindən təxminən 1,1 milyard insanın sağlam qidalanmadan məhrum olduğu regionda ərzaq təhlükəsizliyinə göstərdiyi dəstəyi daha da genişləndirir. Maliyyələşdirmə əsasən təsərrüfat vəsaitləri, qida istehsalı və bölüşdürülməsi, sosial müdafiə, suvarma və su ehtiyatlarının idarə edilməsi daxil olmaqla sektorlarda mövcud və yeni layihələr vasitəsilə yönəldiləcək.

Müəllif: Elmir Murad

Bütün xəbərlər