ABŞ şirkəti Azərbaycandan gedir - Səbəblər

11:40 - 27.09.2022


27 sentyabr, Fineko/abc.az. “National Oilwell Varco PTE.LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialı ləğv olunduğunu elan edir.

ABC.AZ Banker.az-a istinadən xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini AZ1005 Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, ev 69 ünvanına bildirə bilərlər.

Qeyd edək ki, National Oilwell Varco, Texas ştatının Hyuston şəhərində yerləşən Amerikanın korporasiyasıdır.

O, neft və qaz qazma və hasilat əməliyyatlarında, neft-mədən xidmətləri və neft-qaz sənayesinə təchizat zəncirinin inteqrasiyası xidmətlərində istifadə olunan avadanlıq və komponentlərin dünya üzrə təchizatçısıdır.

 

Bütün xəbərlər