Valyuta hərracında banklar 57 milyon dollar alıb

27.09.2022,12:45


27 sentyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatında deyilir ki, sentyabrın 27-nə valyuta hərracında $57 mln satılıb ki, bu da ötən hərracda olduğundan $11,3 mln (24,73%) çoxdur.

"Banklar tərəfindən valyuta hərracında tələb $57 mln. təşkil edib və tam təmin edilib", - AMB-nin məlumatında deyilir.

Hərracın nəticələrinə görə manatın orta çəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.