Dünyada ən bahalı mənzillər bu şəhərlərdədir - Siyahı

16:59 - 27.09.2022


27 sentyabr, Fineko/abc.az. Dünyanın 150 şəhərində mənzil qiymətlərinin artması araşdırılıb. Türkiyənin İstanbul şəhəri 185% artımla birinci olub. İstanbulun ardınca Ankara, İzmir və ABŞ-ın Mayami şəhəri gəlir.

ABC.AZ dünyanın aparıcı daşınmaz əmlak məsləhət şirkətlərindən biri olan "Knight Frank"ın araşdırmasına istinadən xəbər verir ki, 2021-ci ilin iyunundan 2022-ci ilin iyununa qədər mənzil qiymətləri Ankarada 165%, İzmirdə isə 151% artıb.

İstanbul Əmlakçılar Palatasının sədri Nizamettin Aşa daha əvvəl Ankara, İzmir və Antalya kimi şəhərlərdə, xüsusən də meqapolislərdə qiymətlərin yüksək olduğunu müəyyən etdiklərini söyləmişdi.

Torpaq qiymətlərinin və tikinti xərclərinin artmasının mühüm faktor olduğunu deyən Aşa, yeni tikililərə tələbatın çox yüksək olduğunu, ona görə də artım tendensiyası olduğunu bildirib.

Bütün xəbərlər