Bakıdakı “Dolma” restoranında ölümlə nəticələnən hadisə baş verib

17:06 - 27.09.2022


27 sentyabr, Fineko/abc.az. Bakının mərkəzində - “Torqovaya” adlanan ərazidə yerləşən “Dolma” restoranında ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

ABC.AZ “Qafqazinfo”ya istinadən xəbər verir ki, dünən saat 16 radələrində Tərlan Əliyarbəyov küçəsində yerləşən restoranda Gürcüstan vətəndaşı, 1991-ci il təvəllüdlü Rafiq Yasin oğlu Abdullayev qəfil vəfat edib.

Onun restoranda təmir işləri görərkən elektrik cərəyanının vurması nəticəsində ölməsi müəyyən edilib. Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.

Bütün xəbərlər