Gürcüstan sərhədinə toplaşmış ruslara çağırış vərəqəsi verilir

17:29 - 27.09.2022


27 sentyabr, Fineko/abc.az. Rusiyanı tərk etmək istəyən vətəndaşlara Gürcüstan sərhədində hərbi xidmətə çağırış vərəqələri verilir.

ABC.AZ xəbər verir ki, bu barədə Rusiyanın Şimali Osetiya Respublikası rəhbərinin mətbuat xidməti bildirib.

Qeyd edək ki, bu gün Rusiya-Gürcüstan sərhədində səyyar çağırış məntəqəsinin açılacağı barədə məlumat verilmişdi.

Son günlərdə iki ölkə arasında sərhəddə "Yuxarı Lars" keçid məntəqəsində böyük izdiham yaranıb.

Bütün xəbərlər