Azərbaycan iqtisadiyyatı son illərdə ən yüksək artım tempinə malikdir - Avropa Bankı

10:26 - 28.09.2022


28 sentyabr, Fineko/abc.az. Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) bu gün özünün son Regional İqtisadi Perspektivlər (REP) hesabatında bildirir ki, Ermənistan, Azərbaycan və Gürcüstan iqtisadiyyatları son illərdə ən yüksək artım templərinə malikdirlər.

ABC.AZ-ın məlumatına görə, hesabatda bildirilir ki, Azərbaycan yüksək enerji qiymətlərilə artan yüksək səviyyəli neft və qaz gəlirlərindən, eyni zamanda qeyri-enerji sektorunun güclü göstəricilərindən istifadə edir.

Həmçinin qeyd edilib ki, Azərbaycan üçün qeyri-müəyyənlik həm enerji qiymətlərindən, həm də inflyasiyadan qaynaqlanır.

Gürcüstan üçün isə risklər xarici şokların əhəmiyyətli ehtimalı ilə şərtlənir.

Ermənistanın timsalında bunlar ölkənin getdikcə təcrid olunmuş Rusiya iqtisadiyyatı ilə sıx əlaqələri ilə daha da güclənir. Azərbaycan iqtisadiyyatının bu il 4,5 faiz, gələn il isə 2,5 faiz artacağı proqnozlaşdırılır.

2022-ci ildə Gürcüstan iqtisadiyyatının 8 faiz artımı, gələn il isə 5 faizə enməsi proqnozlaşdırılır.

Eynilə, Ermənistan iqtisadiyyatında bu il gözlənilən 8 faizlik artımın 2023-cü ildə 4 faizə enəcəyi ehtimal edilir.

Bütün xəbərlər