Azərbaycanda daha bir bank fermerlərə güzəştli kreditlər verəcək

12:50 - 4.06.2018


4 iyun, Fineko/abc.az. Daha bir bank Azərbaycan  Kənd Təsərrüfatı Nazirliyi xətti ilə güzəştli aqrar kreditlərin verilməsi üzrə müvəkkil kredit təşkilatı oldu.

Nazirliyin məlumatında deyilir ki, Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə edilməsi üzrə Dövlət Xidməti və Rabitəbank ASC arasında niyyət protokolu imzalanıb.

Daha öncə Xidmət, analoji protokolları  “Azərbaycan Beynəlxalq Bankı” ASC, “Paşa Bank” ASC, “Kapital Bank” ASC, “Turanbank” ASC, “Rabitəbank” ASC, “Aqrarkredit” QSC BOKT, “Finoko” BOKT ASC, “Finans İnvest” BOKT ilə imzalayıb. İlin sonuna qədər fermerlərə 7% illik dərəcə ilə 10 milyon manat həcmində kreditlərin verilməsi planlaşdırılır.

 

Bütün xəbərlər