Polşa pulu dollar qarşısında dəyər ititir - Səbəb

10:40 - 28.09.2022


28 sentyabr, Fineko/abc.az. Polşa zlotısı (PLN) ABŞ dolları (USD) qarşısında tarixi minimuma düşüb.

ABC.AZ xəbər verir ki, bunu "Businessinsider.com.pl" portalının çərşənbə axşamı dərc etdiyi məlumatlar göstərir. Tarixdə ilk dəfə 1 dollar üçün 5 zlotıdan çox pul ödəməlidir. 

Avronun məzənnəsi 4,78 PLN-dir. USD/PLN məzənnəsi 24 faiz bahalaşıb.

Analitiklərin fikrincə, zlotının dollara nisbətdə zəifləməsi Polşa ilə Avrozona arasında güclü iqtisadi əlaqələr səbəbindən avro/dollar (EUD/USD) cütlüyünün aşağı düşməsinin birbaşa nəticəsidir. Uzun illərdir ki, avro ABŞ dollarından daha güclü valyuta olub. Lakin son həftələr Ukrayna hadisələri və inflyasiyanın artması səbəbindən vəziyyət dəyişib.

 

Bütün xəbərlər