Bakıda bahalı olan avtomobillər daha ucuza satıldı - Hərrac

12:06 - 28.09.2022


28 sentyabr, Fineko/abc.az. Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi növbəti hərracda dövlətə məxsus daha 13 nəqliyyat vasitəsi özəlləşdirilib.

Dövlət Xidmətindən ABC.AZ-a daxil olan məlumata görə, avtomobillər üçün sifarişlərin çoxluğu hərracı rəqabətli edib.

Belə ki, ilkin satış qiyməti 3 250 manata olan “Subaru Forester” markalı avtomobilə edilən ən son təklif 9 950 manat olub. Satılan nəqliyyat vasitələri əsasən Rusiya istehsalı olan avtomobillərdir.

Hərracda özəlləşdirilən nəqliyyat vasitələrinin siyahısı ilə buradan tanış olmaq mümkündür: (https://clck.ru/32AsZQ)

Növbəti hərraclar 4, 11,18, 25 oktyabr tarixlərində keçiriləcək. Hərraclara ümumilikdə 6 səhmdar cəmiyyətinin səhm paketi, 40 kiçik dövlət müəssisə və obyekti, 130 nəqliyyat vasitəsi çıxarılacaq.

 

Bütün xəbərlər