Bu Bankın əmlakı satışa çıxarılır - Hərrac keçiriləcək

15:19 - 28.09.2022


28 сентября, Fineko/abc.az. Oktyabrın 12-si saat 11:00-da “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan “Texnikabank” ASC-nin balansındakı daşınmaz əmlak açıq hərraca çıxarılacaq.

Fonddan ABC.AZ-a bildirilib ki, daşınmaz əmlak Bakı şəhəri, Nəsimi rayonu, İmran Qasımov küçəsi, ev 47, 49 ünvanında yerləşən (ü/s 150,4 kvadratmetr) qeyri-yaşayış sahəsidir.

Daşınmaz əmlakın ilkin satış qiyməti 800 min manatdır.

Satış qiymətinin 5 faizi həcmində beh hərrac təşkilatına ödənilməlidir. Alış qiyməti 7 təqvim günü ərzində sifarişçinin hesabına köçürülməlidir.

Açıq hərracda iştirak etmək üçün lazımi sənədlər: F/Ş şəxsiyyət vəsiqəsi, H/Ş təsis sənədləri. Ünvan: Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şoşesi 27 (“AVİS” aptekin arxası). Tel: 055-206-66-67

Bütün xəbərlər