İyunun 5-də gözlənilən hava haqqında məlumat

14:17 - 4.06.2018


4 iyun, Fineko/abc.az. Bakıda və Abşeronda hava əsasən yağmursuz olacaq.Günün birinci yarısında havanın arabir tutulacağı, yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək.

Abşeron yarımadasında gecə 14-16, gündüz 21-26,  Bakıda gecə 14-16, gündüz 23-25 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 757 mm civə sütunu, nisbi rütubət 55-65% təşkil edəcək.

Abşeronun şimal  çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) sabah mülayim cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu 18-19 dərəcə isti təşkil edəcək.

Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) mülayim cənub küləyi  əsəcək. Dəniz suyunun temperaturu 19-20 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarına gəlincə isə, sabah bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xaraxterli olacağı ehtimalı var. Axşama doğru yağış tədricən kəsiləcək. Şərq küləyi əsəcək, gündüz arabir  güclənəcək.

Gecə 11-16, gündüz 27-32, dağlarda gecə 5-9, gündüz 10-14 dərəcə isti olacaq.

 

Bütün xəbərlər