Yararsız “Milla” məhsulları məhv edildi

28.09.2022,16:58


28 sentyabr, Fineko/abc.az. “AZ FP CO LTD” MMC-nin Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) müraciəti əsasında 66 adda müxtəlif növ süd məhsulları “Təmiz Sumqayıt-Kənan” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.

ABC.AZ xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Məlumata əsasən, məhv edilmiş məhsullar istehlaka yararsız olub və onların istifadə müddəti bitib.

Onların ümumi çəkisi 9,509.80 kq olub.