Pirallahı sənaye parkında 2 rezident fəaliyyətə başlayıb

17:07 - 28.09.2022


28 sentyabr, Fineko/abc.az. Pirallahı sənaye parkında 5 rezident qeydiyyatdan keçib ki, onlardan 2-si artıq fəaliyyətə başlayıb.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki,  digər 3 rezident üzrə biri layihələndirmə, 2-si isə tikinti mərhələsindədir.

Rezidentlərdən 2-nin gələn il, növbəti ildə isə digər, 5-ci layihənin icrası nəzərdə tutulur.

Qeyd edək ki, bu ilin birinci yarısında 767 mln. ABŞ dolları məhsul istehsal olunub ki, onun da 320 mln. dolları dəyərində məhsul ixrac olunub. Sənaye zonalarının ölkənin qeyri-neft sektoru üzrə istehsalında xüsusi çəkisi 15%-dək, ixracında isə payı 33%-dən çox təşkil edir.

 

Bütün xəbərlər