"Amazon" şirkəti Türkiyədə logistika bazasını işə saldı

29.09.2022,10:01


29 sentyabr, Fineko/abc.az. ABŞ-ın "Amazon" şirkəti Türkiyəyə 100 milyon dollarlıq sərmayə qoyub. Belə ki, ABŞ şirkəti Türkiyədə ilk logistika bazasını işə salıb.

ABC.AZ xsrici mətbuata istinadən xəbər verir ki, sözügedən logistika bazası artan müştəri tələbatını ödəməyə və sifarişləri daha sürətli çatdırmağa kömək edəcək.

Qeyd edək ki, "Amazon" əvvəllər podratçı şirkətlər vasitəsilə logistika xidmətləri alırdı. Yeni logistika bazasının qurulmasından sonra İstanbulun Tuzla səmtində qurulub.

Bazanın bir il ərzində mindən çox yeni iş yeri təmin edəcəyi gözlənilir.

Müəllif: Elmir Murad