Dövlət xətti ilə ipoteka krediti ən çox bu kateqoriyadan olanlara verilib

29.09.2022,10:35


29 sentyabr, Fineko/abc.az. Dövlət xətti ilə indiyə qədər 2 milyard 285 milyon manat ipoteka krediti verilib.

ABC.AZ xəbər verir ki, bunu İpoteka və Kredit Zəmanəti Fondunun İpoteka Kreditləri Departamentinin direktoru Rasim Abdullayev Fondun jurnalistlər üçün keçirdiyi təlimində bildirib.

O qeyd edib ki, sözügedən kreditlər 50 region üzrə təqdim edilib.

"Bu kreditlərin təxminən 33 faizi güzəştli kateqoriyalara aid şəxslərə, kreditlərin böyük hissəsi, təxminən 69 faizi gənc və gənc ailələrə verilib. Kreditlərin 22 faizi isə regionlarda verilib" deyə departament direktoru vurğulayıb.

Müəllif: Elmir Murad