İpoteka Fondu marjasını açıqlayıb

29.09.2022,11:34


29 sentyabr, Fineko/abc.az. İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) ipoteka kreditləri üzrə marjası məlum olub.

ABC.AZ xəbər verir ki, bunu İpoteka və Kredit Zəmanəti Fondunun İpoteka Kreditləri Departamentinin direktoru Rasim Abdullayev Fondun jurnalistlər üçün keçirdiyi təlimində bildirib ki, adi ipoteka kreditləri üzrə müəyyən edilən 8%-in 4%-i bankların xərclərinə yönləndirilir.

O qeyd edib ki, Fondun cəlb etdiyi vəsaitin maya dəyəri 3% təşkil edir, 1% isə İKZF-nin müəyyən etdiyi marjadır.